9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycanın veteran cüdoçuları Avropa çempionu olublar

Azərbaycanın usta cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutublar.

Futbolxeber.az saytının məlumatına görə. yığma kişilər arasında 30 yaşa qədər cüdoçular arasında qızıl medal qazanıb.

Milli komanda ilk görüşdə və yarımfinalda Fransanın müvafiq kollektivlərini məğlub edərək finala yüksəlib. Finalda Belçikaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan Avropa çempionu olub.

Komandanın baş məşqçisi, veteranlar arasında 9 qat qitə çempionu Fərhad Rəcəbli təəssüratlarını Avropa Cüdo Birliyinin rəsmi saytı ilə bölüşüb: “Əvvəl məqsəd sadəcə medal qazanmaq idi. Lakin yarış başladıqda anladım ki, biz Avropa çempionu ola bilərik və bunu bacardıq. Buna görə özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Biz ildə iki böyük çempionatda - Avropa və dünya çempionatında iştirak edirik. Bu, mənim üçün böyük zövqdür, hər şey cüdodan həzz almaqdan ibarətdir. Azərbaycanda veteran komandamız var və birlikdə məşq edirik, buna görə də güclü ruh var".

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31