9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Veteran cüdoçularımız Avropa çempionatını 11 medalla başa vurdular

Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 8-10 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.

Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. M1 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Vasif İbrahimov gümüş medala sahib olub. M1 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüqar Babayev və +100 kq. çəkidə Ruslan Əliyev bürünc medal qazanıblar.

İdmançılarımız yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib. Veteranlarımız çempionatı ümumi hesabda 7-ci, kişilər arasında isə 5-ci yerdə başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31