9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan gimnastika tarixində ilk

İyunun 17-də Almaniyanın paytaxtı Berlində 190 ölkədən 7000 Xüsusi Olimpiyaçının iştirakı ilə 26 idman növü üzrə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəni bədii gimnast Mehriban Tağıyeva təmsil edəcək.

İdmançı ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) və çoxnövçülük proqramında bacarığını nümayiş etdirəcək.

İyunun 10-da Milli Gimnastika Arenasında Tağıyevanın yarışqabağı yoxlama məşqi keçirilib. Media nümayəndələri üçün açıq olan məşqdə gimnast yarış proqramını nümayiş etdirib.

Yarışa iyunun 25-də yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycanda 2017-ci ildən etibarən gimnastika üzrə Xüsusi olimpiya proqramı tədris olunur. Ötən ilin oktyabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəyə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura Xüsusi Olimpiya üzrə məşqçilik və hakimlik kursları keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31