9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

"Əziz Şuşa" yarışının dördüncü mərhələsi başa çatıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Gəncə İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Göygöl Milli Parkında yekunlaşıb.

İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq, Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət ediblər. Finişə hamıdan tez çatan velosipedçi italiyalı Alessandro Monako olub. Onun komanda yoldaşı Emanuele Ansalini ikinci, Qazaxıstan təmsilçisi Rudolf Remxi üçüncü yeri tutub.

Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatını Göygöl icra başçısı Elvin Paşayev təqdim edib.

Geridə qalan dörd turdan sonra ümumi sıralamada liderliyini qoruyan İtaliya idmançısı Emanuele Ansalini sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31