9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Güləş yığmamızın Avropa çempionatı üçün heyəti

Güləş üzrə Azərbaycan yığmalarının iyunun 12-də Albaniyanın paytaxtı Tiranada start götürəcək U-17 Avropa çempionatı üçün heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, 7 gün davam edəcək yarışda yunan-Roma və qadın güləşi üzrə milli komandalar qüvvəsini sınayacaq.

Oğlanların mübarizəsində Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Nurlan İbadzadə (60 kq), Murad Zeynalabdinov (65 kq), Cavidan Nehmətov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yarışacaq.

Qızlardan isə Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq), Ruzanna Məmmədova (57 kq) və Günay Qurbanova (61 kq) döşək üzərinə çıxacaq.

Avropa çempionatının ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. İyunun 14-dən 16-dək isə qız güləşçilər ən yaxşı müəyyənləşdirəcəklər.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakimlər Bəşir İsazadə ilə Həbib Nurulu ədaləti qoruyacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31