9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

“Bakıdakı mundiala 8,5 və 9 bal vermək olar”

“Bakıdakı dünya çempionatının səviyyəsinə 10 bal üzərindən 8,5 və 9 vermək olar. Bəzi xırda səhvlər oldu, amma ümumilikdə razı qaldım”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu qurumun rəsmi saytına açıqlamasında Azərbaycanda təşkil olunan dünya çempionatı ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri taekvondo hakimlərinin daha çox inkişafı üçün onlara şərait yaradılacağını sözlərinə əlavə edib: “Hesab edirəm ki, hakim səhvləri əvvəlki dünya çempionatları ilə təxminən eyni sayda oldu. Yay Olimpiya Oyunlarından əvvəlki il olduğu üçün məşqçilər də çox həssasdırlar. Qarşıdakı Qran-pri finalından sonra ən yaxşı 26 olimpiada hakimini seçəcəyik. Gələn ilin əvvəlində referilər üçün xüsusi təlim-məşq toplanışı təşkil edəcəyik”.

Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində keçirilən dünya çempionatında Azərbaycan millisi 13 taekvondoçu ilə çıxış edib, medal qazana bilməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31