9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Bax Azərbaycan Taekvondo Federasiyasının qonağı olub

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu və WT-nin baş katibi Seo Jeonqkanq Azərbaycan Taekvondo Federasiyasının (ATF) qonağı olublar.

Futbolxeber.az saytının məlumatına görə, onlar gənclər və idman naziri Fərid Qayıbov, ATF prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayevlə görüşüblər.

Qonaqlara Azərbaycanda taekvondonun hazırkı durumu barədə məlumat verilib, bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın taekvondo üzrə dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubiley tədbirinə ev sahibliyi etməsi tarixi hadisədir.

IOC və WT prezidentləri ardınca ATF-in idman zalında məşq edən taekvondoçularla da söhbət ediblər. Onlara xatirə hədiyyələri təqdim edən qonaqlarla komanda ilə xatirə şəkli də çəkdiriblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31