9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Qadın güləşçimizdən bürünc medal

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsində 2 qadın güləşçimiz mübarizə aparıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva yarışda bürünc medal qazanıb. 57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Əliyeva türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.

Rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub.

62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31