9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Velosipedçimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın Elit/U-23 millisinin üzvü Samir Cəbrayılov Albaniyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, idmançı şose velosipedinin qrup ötüşməsi üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı, 5 mərhələli “Tour of Albania” yarışının sonuncu raundunda ikinci yeri tutub.

Cəbrayılov 122 km məsafəni 2 saat, 42 dəqiqə 56 saniyəyə qət edib. O, özünün və milli komandanın hesabına 3 UCI reytinq xalı yazdırıb.

Digər velosipedçilərdən Nəcəf Bağırov (02:43:03) 7-ci, Şahin Eyvazov (02:43:03) 29-cu, Kamran Mirzəxanov (02:43:03 ) 33-cü, Musa Mikayılzadə (02:43:03 ) isə 35-ci yerlə kifayətlənib.

Mərhələnin qalibi 2 saat 42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan yığmasının üzvü Polychronis Tzortzakis olub.

Ümumi təsnifatda Mikayılzadə (12:32:45, 15 UCI xalı) 5-ci, Cəbrayılov (12:33:46, 5 UCI xalı) 7-ci, Eyvazov (12:39:35) 29-cu, Mirzəxanov (12:40:01) 31-ci, Bağırov (12:52:56 ) 44-cü, Azərbaycan millisi (37:53:14) isə 6-cı yerdə qərarlaşıb.

Samir Cəbrayılov yarışın ən yaxşı ikinci dağ velosipedçisi adına sahib çıxıb. O, ən yaxşı sprinterlərin siyahısında isə 3-cü nəticə göstərib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31