9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Azərbaycan birinciliyinə qızların yarışı ilə start verilib

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətindən verilən məlumatına görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın gənc atlet iştirak edəcək.

Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar. Onların yarışı maraqlı mübarizə şəraitində keçib. Öz çəki dərəcələrində Nuray Əbilova (40 kq), Malika Bikçuyeva (45 kq), Türkanə Qənbərzadə (49 kq), Nigar Əliyeva (55 kq), Ayişə Əliyeva (59 kq), Aytən Əliyeva (64 kq), Zəhra Niftəliyeva (71 kq), Arzu Qədimova (76 kq), Mələk Hüseynli (81 kq) və Zəhra Qənbərzadə (+81 kq) qalib adını qazanıblar.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31