9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Bakıdan Lənkərana idman avtomobillərinin yürüşü təşkil ediləcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) iyunun 10-da Bakı-Lənkəran marşrutu üzrə idman avtomobillərinin yürüşünü təşkil edəcək.

Futbolxeber.az saytının məlumatına görə, yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.

Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidir.

AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də bir sıra proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31