9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub

Almaniyanın Kotbus şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq boks turniri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan yarış Diaspora Boks Liqası və Berlində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşib.

Almaniya və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsi ilə start götürən turnirin birinci mərhələsi Halle (Saale), ikinci mərhələsi Maqdeburq/Barleben, final mərhələsi Kotbus şəhərlərində təşkil olunub.

Yarışda iştirak edən Azərbaycan, Almaniya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Tacikistan və Rusiyadan olan boksçular Ümummilli Lider Heydər Əliyevin adını daşıyan kubok və kəmər uğrunda mübarizə aparıblar.

Azərbaycanlı Kənan Hüseynəliyev Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) kəmərinin qalibi olub. Müxtəlif çəki kateqiyalarında ilk üç yerin sahiblərinə kubok və medallar təqdim edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31