10 May 2024, Cümə
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Avropa çempionatı: Zöhrə Ağamirova daha iki növdə finala yüksəlib

Bakıda keçirilən Avropa çempionatında Azərbaycanın iki bədii gimnastı bu gün fərdi proqramda növbəti çıxışlarını ediblər.

Futbolxeber.az saytının məlumatına görə, Zöhrə Ağamirova ilə İlona Zeynalova təsnifat mərhələsində gürzlər və lentlərlə bacarıqlarını göstəriblər.

Gürzlərlə hərəkətlərin icrasında hakimlərdən 31.050 xal alan Ağamirova adını finala yazdırıb. O, lentlə hərəkətlərdə isə 28.900 xal toplayıb. Beləliklə, 4 hərəkətin cəmində 95.750 xal yığan Ağamirova ümumi sıralamada 5-ci yeri tutaraq, çoxnövçülükdə də finala adlayıb.

Azərbaycan gimnastı daha əvvəl halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.

Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31