8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

DÇ: Daha üç cüdoçumuz mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Ahmed Abdelrahman (Misir)/Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fiora (Argentina)/Cenifer Eriyen (Haiti) duelinin güclüsü ilə, eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminoviq (Kosova) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-da Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-da Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31