8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Türkiyəli idmançı: "Prezident Kuboku-2023" beynəlxalq reqatası əla təşkil olunub"

"Beynəlxalq reqata sözün əsl mənasında əla təşkil olunub".

Futbolxeber.az saytının məlumatına görə, bunu Suqovuşan və Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasında qızıl medal qazanan Türkiyə avarçəkəni Evrim Bostancı deyib.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən idmançı burada çox yaxşı qarşılandıqlarını bildirib: "Heyətimiz bir məşqçi və altı idmançı olmaqla 7 nəfərdən ibarətdir. Komandamızda olan hər kəs 500 metr məsafəyə kanoe və kayak yarışında birinci oldu. Şükürlər olsun ki, günü yaxşı nəticə ilə başa vurduq. Sabah da eyni uğuru təkrarlamaq üçün bütün gücümüzlə çalışacağıq".

Qeyd edək ki, reqataya mayın 6-da yekun vurulacaq. Bir gün sonra isə Bakıda mükafatlandırma mərasimi olacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31