9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Millimizin Avropa Kuboku üçün heyəti açıqlanıb

Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığma yarışda 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.

Qızlarda Fidan Əlizadə (57 kq), oğlanlarda isə Nizami İmranov, Nurlan Kərimli, Nicat Şirinov (hamısı 60 kq), İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Qadir Hüseynov, Vüsal Qələndərzadə, Elnur Qasilov (hamısı 73 kq), Ömər Rəcəbli, Aslan Kotsoyev, Məmmədrza Hacızadə (hamısı 81 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar.

Komandaya baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcəklər.

6-7 may tarixlərində keçiriləcək turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 8-10 may aralığında Parisdə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31