9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

FİDE prezidenti: “Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”

“Səkkiz ildən sonra, 29 iyul-25 avqust tarixlərində Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”.

Futbolxeber.az saytının məlumatına görə, bunu FİDE prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda təşkil ediləcək şahmat üzrə Dünya Kubokunun önəmindən bəhs edib: “Bizim ikiillik təqvimimizdə dünya çempionluğu uğrunda matçdan sonra Dünya Kuboku ən önəmli turnirdir. Bu yarış əhəmiyyətinə görə digərlərindən üstündür. Çox sayda festival şəklində turnirlər və kütləvi tədbirlər keçiririk. Ancaq Dünya Kuboku çox ciddi yarışdır. Burada ilk 3 yeri tutan şahmatçılar İddiaçılar Turnirində iştirak etmək şansı qazanırlar”.

Arkadi Dvorkoviç 2015-ci ildən sonra Dünya Kubokunun ikinci dəfə Azərbaycanda keçirilməsi üçün verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və yerli şahmat federasiyasına təşəkkür edib.

O, iyul-avqust aylarında bütün şahmatsevərlərin diqqətinin Bakıya yönələcəyini vurğulayıb: “Bir çox şahmatçılar Dünya Kubokuna qatılmağı hədəfləyirlər. Onlar bura düşmək üçün həm daxili, həm də beynəlxalq yarışlarda tam gücləri ilə mübarizə aparırlar. 300-dən çox şahmatçı turnirə qatılır ki, onların 100-ü qadınlardır. Əminəm ki, burada baş verənləri bütün dünyada milyonlarla insan izləyəcək. Ölkəyə çoxlu sayda qonaqlar gələcək və bu, əsl bayram olacaq”.

FİDE rəhbəri Dünya Kubokunun keçiriləcəyi tarixdə bir sıra uşaq yarışlarının təşkilinin də nəzərdə tutulduğunu əlavə edib: “Bütün bunlar insanların Bakıdakı mötəbər yarışdan həzz almaları üçün böyük imkan yaradacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31