8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Güləşçilərimizdən 10 medal

Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında güləş üzrə "Çempionlar" turniri başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanı ənənəvi yarışda sərbəst və qadın güləşçilər təmsil ediblər.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığma 140 toplayaraq komanda hesabında 3-cü yeri tutub.

Qadın güləşçilər isə 1 dəst medala sahib çıxınblar. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 2 növün cəmində ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanılıb.

Qeyd edək ki, "Çempionlar" turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31