8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Sumqayıtda məşqçinin vəhşiliyi nəticəsində uşağın ölməsi məsələsi Milli Məclisdə müzakirə olunub

"Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır".

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır: “Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərindən müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz mütləq 102-yə zəng edərək polisə məlumat verin”.

Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31