9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Olimpiya çempionu Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib

Tanınmış veteran velosipedçi, qazaxıstanlı olimpiya çempionu Aleksandr Vinokurov "Formula 1" üzrə Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib.
 
Futbolxeber.az saytına Azərbaycan Velosiped Federasiyasından (AVF) verilən məlumata görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda AVF rəsmiləri və milli komandanın üzvləri qarşılayıblar. Veteran idmançının həyat yoldaşına gül dəstəsi təqdim olunub.
 
A.Vinokurov göstərilən diqqətə görə AVF rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda keçirilən yarışı böyük həyəcanla gözlədiyini qeyd edib: "Ferrari" komandasının pilotu Şarl Leklerə azarkeşlik edirəm. Buraya onu dəstəkləmək üçün gəlmişəm. Mən Monakoda yaşayıram. Orada da "Formula 1" yarışı keçirilir. Bilirəm ki, şəhər traslarında Qran-prini təşkil etmək çox çətindir. Azərbaycan isə bunun öhdəsindən peşəkarlıqla gəlir".
 
49 yaşlı qonaq Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini, burada qonaqpərvərliklə qarşılandığını vurğulayıb: "Mən ilk dəfə deyil Azərbaycana gəlirəm. Bundan sonra da ölkənizə gələcəyəm. Burada AVF prezidenti ilə görüşmək və Azərbaycanda velosiped idmanının daha da inkişafı istiqamətində birgə əməkdaşlıq barədə müzakirələr aparmaq istəyirəm".
 
Olimpiya çempionu federasiya rəsmiləri və idmançılarla səmimi söhbət edib, xatirə şəkli çəkdirib.
 
Qeyd edək ki, Aleksandr Vinokurov 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında şose velosipedinin qrup ötüşməsi növündə gümüş, 2012-ci il London Yay Olimpiya Oyunlarında isə həmin növdə qızıl medal qazanıb. O, bir çox mötəbər velosiped yarışlarının qalibi, iki dəfə dünya çempionatının bürünc mükafatının sahibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31