8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat

Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayrağı bir neçə hissəyə parçalanmış şəkildə asılıb.

Bu bir daha Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdiyinin bariz göstəricisidir.

Bu addımlar beynəlxalq idman təşkilatları tərəfində kəskin qınanmalı, Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina edilməlidir.

Qeyd edək ki, Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31