9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Tofiq Musayev “Bellator”da uduzdu

ABŞ-ın San Xose şəhərində MMA üzrə "Bellator" 292 döyüşü gecəsi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) rusiyalı Aleksandr Şabli ilə qarşılaşıb. 
 
Mükafat fondu 1 milyon dollar olan Dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə Musayev qasıq nahiyəsindən zədə alıb və mübarizəni sona qədər davam etdirə bilməyib. Görüşün üçüncü raundunda xəsarət alan Musayev texniki nokautla uduzub.
 
Qeyd edək ki, bu, 34 yaşlı idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub. Şablinin isə 22 qələbəsi, 3 məğlubiyyəti var.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31