8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan bayrağının yandırılmasını pislədi

Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni - bir nəfərin Azərbaycan Bayrağını yandırmasını qəti şəkildə pisləyib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə federasiyanın bəyanatında bildirilib:

“Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir.

Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir.

Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin müsabiqəni tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq. Nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik.

Avropa Ağır Atletika Federasiyası hadisəyə baş verənlər kontekstində əlavə tədbirlərin görülməsini nəzərdən keçirəcək.

Avropa Ağır Atletika Federasiyası Azərbaycan Komandası və Federasiya ilə həmrəy olaraq qalır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31