9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Ukrayna Tennis Federasiyasından gözlənilməz addım

“RUSİYALI VƏ BELARUSLU TENNİSÇİLƏRİN ÇIXIŞ ETDİKLƏRİ TURNİRLƏRİN BOYKOT OLUNMASINA QARŞIYIQ”

Ukrayna Tennis Federasiyası gözlənilməz açıqlaması ilə diqqət çəkib.

Futbolxeber.az saytının məlumatına görə, federasiya rusiyalı və belaruslu tennisçilərin çıxış etdikləri turnirlərin boykot olunmasına qarşı çıxıb.

Halbuki daha əvvəl Ukraynanın gənclər və idman naziri və Milli Olimpiya Komitəsinin başçısı Vadim Qutsayt beynəlxalq arenada rusiyalı və belaruslu tennisçilərlə eyni yarışlarda mübarizə aparan ukraynalı tennisçilərin ünvanına tənqidlər səsləndirmişdi.

Ukrayna Tennis Federasiyasının prezidenti Sergey Laqura, eləcə də Angelina Kalinina, Dayana Yastremskaya, Katarina Zavatskaya, Nadejda Kiçenok, Aleksandr Ovçarenki, Vladislav Orlov və İlya Beloborodkonun imzaladığı bəyanatda qeyd olunub ki, rusiyalı və belarusiyalı tennisçilərin çıxış etdikləri turnirləri boykot etmək Ukrayna tennisinin dağılmasına səbəb ola bilər. Çünki bu 2 ölkədən olan tennisçilər demək olar ki, bütün beynəlxalq yarışlarda mübarizə aparırlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31