9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Qadın tennisçilərin yeni dünya reytinqi

Qadın tennisçilərin yeni dünya reytinqi (WTA) açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, sıralamaya əvvəlki kimi İqa Şventek başçılıq edir. Polşalı tennisçinin aktivində 9975 reytinq xalı var.

Arina Sobolenko (Belarus, 6740 xal) ikinci, Cessika Peqaula isə (ABŞ, 5605) üçüncü pillədəki mövqeyini qoruyub. Fransalı Karolin Qarsiya xallarının sayını 4990-a çatdırmaqla 5-ci pilləyə yüksəlib. Əvəzində tunisli Ons Jaber 1 pillə geriləyib. Hazırda sıralamada altıncı olan afrikalı tennisçi 4976 reytinq xalına malikdir.

Koko Qauff (ABŞ)  4401 xalla əvvəlki kimi altıncıdır. Kaliforniyada çempionluq sevinci yaşayan Yelena Rıbakina karyerasında ilk dəfə olaraq dünya reytinqində 7-ci olub. Qazaxıstanlı tennisçinin aktivində 3720 xal var.

Dünyanın ən yaxşı 10 qadın tennisçisinin siyahısında həmçinin Darya Kasatkina (Rusiya, 3375), Belinda Bençiç (İsveçrə, 3360) və Mariya Sakkari (Yunanıstan, 3191) yer alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31