9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Dünya reytinqi: Alkaras zirvədə, Nadalın 912 həftəlik seriyası qırıldı

Kişi tennisçilərin yeni dünya reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Kaliforniyada növbəti titulunu qazanan Karlos Alkaras yenidən dünya reytinqinə başçılıq edir. İspan tennisçinin aktivində 7420 reytinq balı var.

Zirvədəki yerini 19 yaşlı həmkarına təhvil verən Novak Cokoviç 7160 xalla sıralamada ikincidi.

Yunanıstan təmsilçisi Stefanos Sisipas əvvəlki kimi üçüncü (5770), norveçli Kasper Rud (5560) isə dördüncü pillədə qərarlaşıb.

Kaliforniyada finalda uduzan Daniil Medvedev 1 pillə irəliləməklə beşinci pilləyə yüksəlib.

Dünya reytinqinin ilk “10-luğ”unda həmçinin Feliks Oje-Alyassim (Kanada, 3415), Andrey Rublyov (Rusiya, 3390), Holqer Rune (Danimarka, 3325), Hubert Hurkaç (Polşa, 3065) və Teylor Frits (ABŞ, 2975) yer alıb.

Rafael Nadal isə 912 həftədən sonra ilk dəfə ilk “10-luq”dan kənar qalıb. Hazırda aktivində 2715 reytinq xalı olan ispan tennisçi 13-cü pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31