9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Medvedevin qələbə seriyası qırıldı

Kişi tennisçilər arasında “BNP Paribas Open 2023”ə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Kaliforniyada baş tutan turnirin finalında rusiyalı Daniil Medvedev Karlos Alkarasa uduzub. İspan tennisçi 27 yaşlı rəqibi üzərində 6:3 və 6:2 hesablı qələbə qazanıb.

Bununla da Medvedevin qələbə seriyası qırılıb. “Australian Open”in üçüncü mərhələsində aldığı məğlubiyyətdən sonra 27 yaşlı tennisçi ardıcıl 19 matçda qələbə qazanmaqla 3 titula (Rotterdam, Doha, Dubay) sahib çıxmışdı.

Bu, Medvedevin karyerasında ən uzun ikinci qələbə seriyasıdı. 2020-2021-ci illər aralığında rusiyalı ardıcıl 20 matçda kortu qalib kimi tərk edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31