9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan Avropanın ən güclüsü oldu

Azərbaycan güləş millisi ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında komanda hesabında 1-ci yeri tutub.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığmamız medalların əyarına görə Avropanın ən güclü komandası olub.

Daha sonra estafeti qəbul edən qadın güləşçilərimizdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə ediblər.

Çempionatın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulub. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb. Toplamda 140 al toplayan yığmamız həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub -  6 qızıl, 3 gümüş və 3 bürünc. Beləliklə, bu millimiz ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31