9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Mariya Stadnikdən qızıl medal

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dan Kolov - Nikola Petrov beynəlxalq turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışın son günündə 2 güləşçimiz final görüşünə çıxıb.

Mariya Stadnikin (50 kq) Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə davam edib. Qadınlardan ibarət yığmamızın lideri qazaxıstanlı rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.

Sərbəst güləş üzrə 125 kq-ın finalında Georgi Meşvildişvili iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan millimizin üzvü ikinci hissədə üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Georgi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, güləşçilərimiz ənənəvi yarışda ümumilikdə 4 medal qazanıblar.

Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31