9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Abdul-Cabbar 34 illik rekordunun yenilməsinə belə münasibət bildirdi

NBA-nın əfsanəvi basketbolçularından olan Kərim Abdul-Cabbar 34 illik rekordunun Lebron Ceyms tərəfindən yenilənməsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, ötən gecə “Okohamo” ilə oyunun üçüncü hissəsində “Los Anceles Leykers”in üzvü Lebron Ceyms karyerası ərzində topladığı xalların ümumi sayını 38388-ə çatdırmaqla NBA tarixinin ən məhsuldar basketbolçusu olub.

Karyerası ərzində 38387 xal toplayan Kərim Abdul-Cabbar 34 illik rekordun qırılmasına görə təəssüflənmədiyini qeyd edib:

“Həmin rekord atışı zamanı nələr hiss edəcəyim barədə o qədər çox yazıldı ki... Mən bəzən yazılanları oxuduqca özümü gülməkdən çətinliklə saxlayırdım. Daha əvvəl də bu barədə danışmışam. Burada ümumiyyətlə müzakirə olunası heç nə yoxdur.

Sanki mən lotoreyada 1 milyard dollar udmuşam, 34 ildən sonra kimsə 2 milyard dollar udur və məndən nə hiss etdiyimi soruşurlar. Təbii ki, öz uduşuma görə də, növbəti şəxsin uduşuna görə də sevinərəm. Bir nəfərin uğuru heç vaxt başqa birinin uğuruna kölgə sala bilməz”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31