9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Paris meri rusiyalı idmançıların Olimpiadada iştirakına qarşı çıxdı

Parisin meri Ann İdalqo rusiyalı idmançıların gələn il Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarına iştirakına qarşı çıxıb.

Futbolxeber.az saytının “France Info”YA istinadən verdiyi məlumata görə, o, yekun qərarı Beynəlxalq Olimpiya Komitəsinin verəcəyini bildirib:

“Onların (rusları nəzərdə tutur) heç nə olmamış kimi Parisə gəlmələrini təsəvvür edə bilmirəm. Mən buna qarşıyam. Hətta rusiyalı idmançıların neytral bayraq altında çıxış etmələri təklifini də dəstəkləmirəm. Düzdür, mənim qərarım həlledici deyil. Bu məsələdə son qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək”.

Maraqlıdır ki, daha əvvəl, yanvarın 27-də verdiyi açıqlamada Paris meri rusiyalı idmançıların neytral statusda olimpiadada çıxış etmələrinin tərəfdarı olduğunu bildirmişdi: “İdmançılar yarışdan kənarda qalmamalıdırlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31