9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Dopinqdən istifadəyə görə 32 aylıq cəza

İtaliyanın “Milan” basketbol klubunun sabiq üzvü Dinos Mitoqlunun dopinqdən istifadə etdiyi aşkarlanıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, 26 yaşlı forvarddan götürülmüş analizin cavabı müsbət çıxıb.

Mitoqlu yoxlamadan 2022-ci ilin martında Avroliqa çərçivəsində “Panatinaikos”a qarşı keçirilmiş oyundan sonra keçib. Yunan basketbolçunun orqanizmində aşkarlanan dopinq Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan olunmuş maddələrdən ən ağırı hesab olunur.

Bu səbəbdən də o, 32 aylıq cəzalandırılıb. Lakin basketbolunun qərardan apellyasiya vermək hüququ var. Bu səbəbdən də Mitoqlunun tezlikə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi gözlənilir.  

Qeyd edək ki, Dinos Mitoqlu sonuncu dəfə 2022-ci ilin 10 martında “Real”la görüşdə meydana çıxıb. 2021/22 mövsümündə o, “Milan”ın heyətində Avroliqada orta hesabla hər oyunda 8,5 xal toplayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31