9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Bakı Avropa çempionatı ev sahibliyi edəcək

Gimnastikanın "TeamGym" növü üzrə 2024-cü il Avropa çempionatı Bakıda keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, paytaxtımız qitə birinciliyinə 16-19 oktyabr tarixlərində ev sahibliyi edəcək. Yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növüdür. Buraya 3 alət üzərində çıxışlar daxildir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut).

Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.

“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31