8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Yevgeni Tomaşevski Azərbaycan millisində

Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

Şahmatçıların hazırlığı fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Yevgeni Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun heyətində iki dəfə Avropa Kubokunun qalibi olub. Hazırda şahmatçı 2694 xal ilə FİDE reytinqində 44-cü pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31