9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Qadın şahmatçılarımızdan tarixi uğur

Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında medal qazanmaqla tarixi uğura imza atıblar.

Futbolxeber.az saytının məlumatına görə, Günay Məmmədzadə İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu - 11 turunda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb. 

Ülviyyə Fətəliyeva isə son turda "ağlar"la millimizin digər üzvü Gülnar Məmmədovanı məğlubiyyətə uğradıb. Yekunda hər iki şahmatçı xalını 8-ə çatdırıb. Əlavə göstəricilərə görə Günay gümüş, Ülviyyə bürünc medal qazanıb. 

Ümumilikdə 123 şahmatçının iştirak etdiyi yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub.

Qeyd edək ki, indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi medal qazana bilməmişdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31