9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Yığmamızın voleybolçusu: "İslamiadada yaxşı çıxış edəcəyimizə inanıram"

"İnanıram ki, həm İslamiadada, həm də 2023-cü il Avropa çempionatının təsnifat oyunlarında yaxşı çıxış edəcəyik. Komandamıza uğurlar arzulayıram".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Kristina Besman federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, klub yarışları gec başa çatdığı üçün yığmanın məşqlərinə vaxtında qoşula bilmədiyini söyləyib: "Mövsüm bitdikdən sonra qısa müddət olsa da, zədələrimin müalicəsinə vaxt ayırdım. Hələ də müalicə davam edir və bir neçə günə hər şey arxada qalacaq. İslamiadanın və Avropa təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirəm. Bu səbəbdən, hər bir məşqdə iştirak etməyə çalışıram".

Besman bildirib ki, təlim-məşq toplanışı iyunun 25-dən Mingəçevirdə davam edəcək: "Yaxın günlərdə bir neçə aparıcı voleybolçumuzun da bizə qoşulacağı gözlənilir. İyulda əsas üstünlük komanda şəklində məşqlərə və yoxlama oyunlarına veriləcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31