9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib

Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Azərbaycan Yelkənli İdman Federasiyasının hesabatı dinlənilib, federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Təşkilatın bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılması qərara alınıb.

Ardınca federasiya rəhbərliyinə yeni seçki baş tutub. Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib. Konfransda həmçinin, Burcu Alqon Girogianni federasiyanın vitse-prezidenti, Asif Mehdiyev, Ülvi Həsənov və Tatyana Srebnaya isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Federasiya prezidenti çıxış edərək yenidən etimad göstərildiyi üçün təşəkkür edib və bundan sonra görüləcək işlər, yeni planlar barədə məlumat verib.

Qeyd edək ki, Qüdrət Qurbanov 2014-cü ildən federasiyaya rəhbərlik edir ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31