9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Əhməd İsmayılov: “Yeni mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyalar böyüyüb”

Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu barədə federasiyanın Ümumi Yığıncaq üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.

O, keçirilən mətbuat konfransında deyib ki, Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər.

Ə.İsmayılov yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: "Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik".

Qeyd edək ki, bugünkü seçkidə Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31