26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş, 4 bürünclə başa vurduq

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışlarını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu gün mübarizəyə qoşulan Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə finala vəsiqə qazana bilməyib. Taranova 503 xalla 29-cu, Zeynalov isə 518 xalla 20-ci olub.

Qadın para-atlet Yulia Yanovskaya 400 metr məsafəyə qaçışda 57.18 saniyə ilə 5-ci yeri tutub. Eyni növdəki Lamiyə Vəliyeva məsafəni 55 saniyəyə qət edərək qızıl medal qazanıb və paralimpiya rekordunu qırıb. Digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7.36 metr nəticə göstərib.

Beləliklə, Tokio-2020 Yay Paralimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatıb. Yarışda ölkənin 34 paralimpiyaçısı mübarizə aparıb.

Hesabında 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, yarışa sentyabrın 5-də yekun vurulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30