27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Yeniyetmə cüdoçularımız vətəndə

Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində böyük uğura imza atan Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Vətənə dönüb.

Futbolxeber.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.

Xatırladaq ki, mötəbər yarışda Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Təmsilçilərimizdən Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Digər cüdoçularımız - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə nüfuzlu yarışı bürünc medalla başa vurublar.

Azərbaycanın yeniyetmələrdən ibarət millisi ümümi komanda hesabında Rusiya yığmasından sonra 2-ci yeri tutub. Cüdoçularımız İsrail, Fransa, Almaniya, Ukrayna, Gürcüstan, Belçika, İsveçrə və İtaliya kimi böyük cüdo ənənələri olan ölkələri qabaqlayıblar.

Qeyd edək ki, 37 ölkənin komandalarının mübarizə apardığı qitə birinciliyinə millimiz 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30