26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Millimiz Estoniyaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan komandamız 4:3 hesablı qələbə qazanıb.

Avtoqolun qeydə alındığı oyunda millimizin digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.

Qrupun digər oyununda Fransa və İsveçrə komandaları üz-üzə gələcək. Fransa millisi oyunun əsas vaxtında rəqibini iki top fərqi ilə məğlub edərsə, komandamız mübarizəsini dayandıracaq, əks təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Millimiz növbəti mərhələyə vəsiqə qazanacağı halda 1/4 finalda, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna - Portuqaliya oyunundan sonra məlum olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30