26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Şəhriyar Aronyana qalib gəldi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "The FTX Crypto Cup"un VI turunda bir-birinə rəqib olublar. Görüş heç-heçə ilə yekunlaşıb.
 
VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanı, Rəcəbov isə ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini yenməyi bacarıb.
 
VIII turda Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Məmmədyarov isə Nepomnyaşi ilə heç-heçə edib.
 
IX turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla "sülh"ə razılaşıb.
 
X turda isə Rəcəbov ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqravı yenib.
 
Beləliklə, 10 turdan sonra xalını 6,5-ə çatdıran Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür. Məmmədyarov isə 5 xalla 16 şahmatçı arasında 10-cu pillədə gedir.
 
Çempionlar Turu, VI mərhələ
 
"The FTX Crypto Cup"
 
24 may
 
VI tur
 
Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov - 0,5:0,5
 
VII tur
 
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 1:0
 
Yan Nepomnyaşi (Rusiya) - (Teymur Rəcəbov) - 0:1
 
VIII tur
 
Teymur Rəcəbov - Uesli So (ABŞ) - 0,5:0,5
 
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5
 
IX tur
 
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
 
Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov - 0,5:0,5
 
X tur
 
Teymur Rəcəbov - Alan Piçot (Argentina) - 1:0
 
Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) - 1:0
 
İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.
 
Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30