Digər idman növləri
Stadnik: “Olimpiadadan sonra karyeramı bitirib-bitirməyəcəyimi deyə bilmərəm”
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) bu gün Bakıya qayıdıb.
Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, 8-ci dəfə Avropa çempionu olan qadınlardan ibarət güləş yığmamızın liderini Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıb.
Millimizin baş məşqçisi Aslan Ağayev bunları deyib: “Mariya Stadnik iki ilə yaxındır ki, heç bir yarışda iştirak etməmişdi. Azərbaycan Güləş Federasiyasının dəstəyi sayəsində bir neçə təlim-məşq toplanışı keçdik. Sonuncu toplanışda Amerikadan dəvət olunmuş fiziki hazırlıq üzrə mütəxəssis (Mark Alan Filippi) bizə çox kömək oldu. Mariya 8-ci dəfə Avropa çempionu oldu və Azərbaycana həmişəki kimi qızıl medalla qayıtdı. Bizi, xalqımızı, azarkeşləri sevindirdi”.
Daha sonra titullu güləşçimiz jurnalistlərin suallarını cavablandırıb: “Azərbaycanda yaxşı hazırlıq keçdik. Avropa çempionatı ərəfəsində iki təlim-məşq toplanışımız oldu. Bu yarış Olimpiada öncəsi gücümü yoxlamaq üçün lazım idi. Təki bu dəfə Olimpiya Oyunları baş tutsun.
İstənilən medalın insana bəxş etdiyi hisslər var. Ona görə də hər medal dəyərlidir. Uzun fasilədən sonra güləşmək bir qədər çətin idi. Yarışlar yox idi deyə narahatlıq keçirirdim.
Bundan sonrakı plan Olimpiadaya hazırlıq xarakterli təlim-məşq toplanışlarında iştirak etməkdir. Həmçinin, digər yığma üzvləri sonuncu lisenziya turnirində çıxış edəcək. Daha sonra dağlıq ərazidə fiziki hazırlıq üzrə təlim-məşq toplanışımız olacaq. Uzun müddətli plan qurmaq olmur. Çünki pandemiya ilə əlaqədar vəziyyət tez-tez dəyişə, karantin sərtləşdirilə bilər.
Olimpiadanı bir il təxirə saldılar. Hətta Avropa çempionatının keçirilməsi də sual altında idi. Tribunalara azarkeşlər buraxılmadı. Yarışa gəlirsən, güləşməyə bilərsən. Çünki səndən götürülən test pozitiv çıxa bilər. Qəribə vəziyyət yaranıb... Olimpiadadan sonra karyeramı bitirib-bitirməyəcəyimi deyə bilmərəm. Hələ ki, diqqətimi Olimpiya Oyunlarına yönəltmişəm. Sonrasına baxarıq. Yaşayarıq, görərik.
Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Zala azarkeşləri buraxmasalar da, dəstəyi hiss edirdim. Çoxlu təbrik mesajları aldım. Şadam ki, qələbəmlə insanları sevindirə bildim”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib