9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Bakı Kubokunun qalibləri müəyyənləşib

Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Bakı Kuboku yarışının qalibləri məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarışda klub və cəmiyyətlərin bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançısı iştirak edib.

Açılış mərasimində idmançıları salamlayan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev velosipedçiləri Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, Bakı Kuboku yarışında yer tutan idmançılar şəxsi göstəricilərlə yanaşı reytinq xalları da əldə edəcəklər ki, bu da yığma komanda heyətinə düşmək üçün olduqca önəmlidir.

Elit və U23 yaş kateqoriyasında yarışan idmançıların mübarizəsində 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Əmral Əbdüləzizli həm 1 km məsafəyə fərdi, həm də çıxma ilə qrup yarışında fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Gənclər arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Nikita Sıtov çıxma ilə qrup yarışında, “Neftçi” İdman Klubunun velosipedçisi Nofəl Nuriyev isə 1 km məsafəyə fərdi ötüşmədə çempion olub.

15 yaşadək qızların həm 333, həm də 666 metr məsafəyə fərdi mübarizəsi 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsi ilə yekunlaşıb. Bu yaş kateqoriyasında olan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Aslan Hənifəyev 333, Ravi Rzayev 666 metr məsafəyə yarışda 1-ci olub.

17 yaşadək oğlanlar arasında 7 saylı İdman Olimpiya Məktəbindən Timur Şerşnyov 333, Respublika Olimpiya Velosiped Məktəbindən Hüseyn Nərimanov 666 metr məsafəyə mübarizədə bütün rəqiblərindən yaxşı çıxış edib.

Qalib və mükafatçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31