9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Rəcəbov və Məmmədyarov Çempionlar Turunda

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində iştirak edəcək şahmatçıların adları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, turnirdə 16 qrossmeyster mübarizə aparacaq. Onlardan artıq 14-nün adı məlumdur. Həmin siyahıda Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da var.

Digər iştirakçılar isə Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan), Alireza Firuzcadır (FIDE).

Digər 2 şahmatçı isə Nils Qrandelius (İsveç), Aryan Tari (Norveç), Alan Piçot (Argentina) və Maks Varmerdamın (Niderland) iştirakı ilə bu gün keçiriləcək təsnifat yarışından sonra bəlli olacaq.

Qeyd edək ki, lkin mərhələ oyunları 13-15 martda, 1/4 final görüşləri 16-17 martda, yarımfinallar 18-19 martda, final partiyaları isə 20-21 martda gerçəkləşəcək.

Qeyd edək ki, martın 13-də start götürəcək əsas mərhələnin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31