27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Teymur Rəcəbov yarımfinalda

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.

Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30