26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Mariya Stadnik finalda uduzdu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə,  yarışın 6-cı günündə qadınlardan ibarət Azərbaycan yığmasının 4 üzvündən 3-ü təsəlliverici görüşə, 1-i isə finala çıxıb.

İlk olaraq 62 kq-da mübarizə aparan Elmira Qəmbərova bürünc medal uğrunda yarışıb. Linqlinq Bao (Çin) ilə qarşılaşan güləşçimiz uduzub - 2:6.

1/8 finalda məğlub olduğu Çin idmançısı Ninqninq Ronq finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak etmək hüququ qazanan güləşçimiz Alyona Kolesnik (57 kq) isə Puca Danda (Hindistan) ilə bacarmayıb - 3:8.

Anjela Doroqan (53 kq) bürünc medal uğrunda görüşdə Ulduz Eşimova (Qazaxıstan) ilə qarşılaşıb və uduzaraq (3:5) bürünc medal şansını itirib.

Dünən finala vəsiqə qazanan qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) isə bu gün həlledici görüşdə Yaponiya güləşçisi Yui Susaki ilə mübarizə aparıb. Görüş yaponiyalı idmançının 10:0 hesablı qələbəsi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30