27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Karateçilərimiz Avropa çempionatı üçün hazırlığa başladılar

10-13 may tarixlərində Serbiyanın Növı Sad şəhərində Avropa çempionatına hazırlaşan karate üzrə milli komandamızın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, olimpiya kompleksində hazırlıqlar bir həftə davam edəcək. Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında təlim-məşq toplanışında qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir.

Bir həftəlik toplantında həmçinin federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, həmçinin, idmançıların çıxışlarından hazırlanmış gündəlik xüsusi analitik məşqələlər nəzərdə tutulub. İdmançılar qitə çempionatına son hazırlıqlarını mayın ilk günündən paytaxtadakı təlim-məşq bazasında keçəcək. Milli komanda Serbiyada Avropa çempionatına mayın 8-də yollanacaq. Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30