27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Qəbələ” “Raquf Orucov Kuboku”nu qazandı

Bakı İdman Sarayında şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan “Raquf Orucov Kuboku”nda yaşı 21-dək oğlan və qızlardan ibarət klub komandaları iştirak edib.

Turnirdə Azərbaycanı təmsil edən komandalar, həmçinin, Rusiya və Gürcüstanın klubları mübarizə aparıb. Turnirdə uğurla çıxış edən “Qəbələ” İdman Klubunun cüdoçuları yarışın qalibi adını qazanıb. “Qəbələ” finalda “Judo Club 2012” ilə qarşılaşıb. Həlledici görüşdə 5:1 hesabı ilə qalib gələn “Qəbələ” “Raquf Orucov Kuboku”na sahib olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30