19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Təəccübləndim, axı bilərəkdən necə heç-heçə etmək olar?"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin I turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb.

Futbolxeber.az saytının məlumatına görə, partiyadan sonra Məmmədyarov mətbuat konfransında oyun haqqında danışıb:

"Üstünlüyüm yox idi. Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub oldum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi diqqətli idi. Belə rəqiblə görüşdə heç-heçə normal nəticədir".

Mərhum şahmatçı Vüqar Həşimov haqqında xoş sözlər deyən Şəhriyar Məmmədyarov onunla bağlı xatirəsini bölüşdü: "Mənim 9 yaşım var idi. 8 yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Mən şahmata təzə başlamışdım. Həşimov artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni məni asanlıqla məğlub edə bilərdi.

Oyundan əvvəl dedi ki, gəl heç-heçə oynayaq. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar? Vüqar qayıtdı ki, hansı gedişi oynasam təkrarla. Başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram. Bir gedişi də təkrar etsəm məğlub oluram.

Vüqarı kənara çəkərək soruşdum ki, uduzuram. Yəni həmin gedişdən sonra mat edə bilər. Vüqar məni inandırdı. Dedi gedişi təkrarla səni udmayacam. Nəticədə partiya heç-heçəylə başa çatdı. Oyundan sonra atası Qasım müəllim oğlunun qalib gəlmədiyinə görə bərk əsəbləşmişdi. Həmin partiyadan sonra birgə dondurma yedik. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O, həmişə qəlbimizdədir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31